Nardaranda 7 nəfər tutulub - DİN-dən rəsmi açıqlama

Nardaranda 7 nəfər tutulub - DİN-dən rəsmi açıqlama
  02 Mart 2016    Oxunub:1936
“Nardaran hadisələri ilə bağlı qaldırılmış cinayət işi üzrə aparılan istintaq-əməliyyat tədbirlərinin davamı olaraq dindirilmələrinə zərurət yaranmış 7 nəfər saxlanılıb”.
Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib. Onun sözlərinə görə, son günlər Sabunçu rayonunun Nardaran qəsəbəsində, bəzi KİV-lərin idda etdiyinin əksinə olaraq, daxili işlər orqanları tərəfindən 32 nəfərin həbsi ilə nəticələnmiş hər hansı genişmiqyaslı əməliyyat tədbiri həyata keçirilməyib. O, qeyd edib ki, hazırda Nardaranda hər şey nəzarət altındadır:

`Hüquq-mühafizə orqanları tərəfindən qəsəbədəki kriminogen duruma tam nəzarət olunur. Sadəcə olaraq, Nardaran hadisələri ilə bağlı qaldırılmış cinayət işi üzrə aparılan istintaq-əməliyyat tədbirlərinin davamı olaraq dindirilmələrinə zərurət yaranmış 7 nəfər saxlanılıb`.

AzVision.az


Teqlər:  





Xəbər lenti