Qadın şalvarı satan nazirlik... - Günün ən maraqlı xəbərləri

Qadın şalvarı satan nazirlik... - Günün ən maraqlı xəbərləri
  25 Fevral 2016    Oxunub:3983
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Fevralın 24-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

ABŞ-da Azərbaycanla bağlı qətnamə qəbul edildi

Kentukki ştatının Senatı Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 25-ci il dönümünə dair qətnamə qəbul edib. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

***

Ekspertdən SOCAR-a 20 qəpiklik təklif

“Azərbaycanda benzinin 30 faiz ucuzlaşması orta və uzun müddətli dövrdə büdcə gəlirlərinin azalmasına səbəb olmayacaq”. Bu barədə iqtisadçı Vüqar Bayramov bildirib. Ekspert hesab edir ki, ölkəmizdə benzinin qiymətində dəyişiklik edilməlidir.

***

`Bir az təcrübəsizəm...` - Azərbaycanın `Şumaxeri`

"F1 Avropa Qran-Pri"sininin ilk rəsmi elçisi və "Formula 3" yarışlarında Azərbaycanı təmsil edən gənc pilot Gülhüseyn Abdullayev Bakı Şəhər Halqasının mətbuat xidmətinə müsahibə verib.

AzVision.az həmin müsahibəni təqdim edir:

***

Rusiya və Türkiyə müharibəyə başlaya bilər – Federika Moqerini

Suriya münaqişəsi ilə bağlı Rusiya və Türkiyə arasında müharibə başlaya bilər. Bunu Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Federika Moqerini bildirib.



`Azərbaycanda dini qarşıdurma olmayıb` - Mehriban Əliyeva

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub.

***

Nazirlik qadın şalvarı, ayaqqabı, `çeşka` satır

Vergilər Nazirliyi vergi ödəyicilərinin hərraca çıxarılacaq əmlakları barədə siyahını açıqlayıb. Bu barədə nazirlikdənməlumat verilib.

***

Türkiyə Suriya ilə sərhəddə divar tikir

Türkiyə öz təhlükəsizliyini gücləndirmək məqsədilə Suriya ilə sərhəddə 35 kilometrlik divar tikib.

***

6000 azərbaycanlı ermənilərə girov düşüb

“Ermənilər girovları alver predmentinə çevirib və 68 nəfər Azərbaycan vətəndaşını böyük pul müqabilində əsirlikdən azad edib”. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

***

Divanından 3 milyon pul çıxan azərbaycanlı tutuldu

Rusiyanın Nahodka şəhərində Azərbaycan vətəndaşı saxlanılıb. 41 yaşlı azərbaycanlı Postışev küçəsində `Tayota Aksio` avtomobili ilə narkotik satarkən iş başında tutulub.

***

Manat iki dəfə niyə ucuzlaşdı? - Mərkəzi Bankın hesabatı
2015-ci il ərzində xarici valyuta təklifi kanallarının məhdudlaşması, tələbin isə kəskin artması şəraitində Mərkəzi Bank idarə olunan üzən məzənnə rejiminə keçidi təmin edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üzrə pul siyasəti icmalında deyilir.

***

Azərbaycanın dini liderlərindən dünyaya müraciət

Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ünvanlayıb.

***

Evlənmək istəyən 261 nəfərdə sifilis tapıldı

“Nikaha girmək istəyən 261 nəfərdə sifilis, 55 nəfərdə QİÇS aşkarlanıb. Talassemiya daşıyıcısı ola 3 cütlük isə evlənməkdən imtina edib”. Bu barədə B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

***

`Bizi türklərin yanında pərt etməyin` - Rusiyalı nazir

Rusiyanın daxili işlər naziri Vladimir Kolokolçev sabah Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq “Lokomotiv” futbol klubunun fanatlarına müraciət edib.

***

Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Ermənistana qanunsuz silah satışı ilə əlaqədar Rusiyaya etiraz notası təqdim edib. Bunu Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

***

Putindən Əsədə kritik zəng: `Yardım etməyə hazırıq`

Rusiya və Suriya prezidentləri arasında telefon danışığı olub. Vladimir Putin və Bəşər Əsəd Suriya münaqişəsinin nizamlanmasını, ABŞ və Rusiya arasında imzalanan Suriyada atəşkəsin tətbiq olunmasına dair bəyanatı müzakirə ediblər.

***

Eks-deputata vəzifə verildi

Milli Məclisin sabiq deputatı Anar Axundzadə yeni vəzifəyə təyin olunub.



Zibilə düşən şəhər... Ötən gün FOTOLARDA

AzVision.az dünyanın aparıcı xəbər agentliklərinin ötən gün ərzində planetin müxtəlif yerlərindən çəkdikləri maraqlı fotoları təqdim edir.

***

Prezident Hakan Şükürü həbs etdirir

Türkiyə millisinin sabiq hücumçusu, keçmiş deputat Hakan Şükür ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə 4 il müddətinə həbs oluna bilər.

***


`Rusiyanın hərəkətini biz etsəydik...` - Ərdoğan Putinə sataşdı


`Suriyadakı atəşkəs İŞİD və “Ən-Nüsra” kimi, PYD-YPG-yə də şamil olunmamalıdır`. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

***

Rəsmi Bakı Suriya razılaşmasını dəstəkləyir

“Azərbaycan Suriyaya dəstək üzrə Beynəlxalq Qrupun həmsədrləri olaraq, Rusiya və ABŞ-ın Suriyada hərbi əməliyyatların dayandırılmasına dair 22 fevral tarixli birgə bəyanatını alqışlayır”. Bunu Rusiya və ABŞ arasında Suriyada atəşkəsə dair razılaşmanın əldə olunmasını şərh edən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

***

1940 dərman yeni qiymətlərlə satılacaq

Qiymətləri təsdiqlənmiş daha 1940 dərman vasitəsi fevralın 25-dən etibarən yeni qiymətlərlə satılacaq. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

***

Prezidentin oğlu bombardir oldu

Belarus prezidenti Aleksandr Lukaşenkonun oğlu Nikolay `Qızıl şayba` hokey turnirinin şəhər etapının ən yaxşı bombardiri seçilib.

***

`Xocalıya Ədalət` kampaniyasının yeni internet səhifəsi açıldı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə 2008-ci ildə təsis edilən “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyasının yeni internet saytı istifadəyə verilib.

***

Yeni nazir köhnə qaydaları ləğv etdi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nı təsdiq edib. Bununla bağlı qərarı rabitə və yüksək texnologiyalart naziri Ramin Quluzadə imzalayıb.

***

`Banklar gəlirlərini müştərilərlə bölüşməlidir`

Bəzi banklar müştərilərlə müqavilələrin vaxtını uzadır və kredit faizlərini endirir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə deyib.



`Uşağının cəsədini görən ata havalanmışdı` - Xocalı faciəsinin ilk şahidi (VİDEO)

“Xocalıda sinəsindən 10-a yaxın güllə yarası almış 5-6 yaşlarında uşaq meyiti vardı. Körpənin meyidini atası tapmışdı. Ata hissiyatını itirmişdi”. Bunu Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviç deyib.

***

Bakıdan bölgələrə köçənlərin sayı artıb

Son dövrün statistikasına görə, kənd təsərrüfatının və aqrar sektorun inkişafı nəticəsində paytaxtdan bölgələrə əhalinin köçməsi artıb. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında deyib.

***

Sarkisyanın iqamətgahı qarşısında etiraz - Həbs edilənlər var (FOTOLAR)

Ermənistanın paytaxtı İrəvanda gənclər etiraz aksiyası keçirib. Bildirilib ki, gənclər prezident Serj Sarkisyanın iqamətgahı qarşısında toplaşaraq ölkədə siyasi məhbusların azad olunması tələbi ilə şüarlar səsləndiriblər.

***

Möcüzə kimi iş təklifi: 417 min maaş, 3 ay məzuniyyət

Yeni Zelandiyanın Şimal adasında həkim işləyən Alan Kenny illik təxminən 417 min manat maaş, 3 ay məzuniyyət təklifi ilə işçi axtarsa da, tapa bilmir.

***

Yanukoviçin iqamətgahı dağıdıldı

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ölkənin şərqində yerləşən ov iqamətgahı dağıdılıb. Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti