Paytaxtda mərkəzi yol artıq açıqdır
Verilən məlumata görə, iyulun 8-dən təmir işləri ilə əlaqədar Tbilisi prospektinin A.Salamzadə küçəsi ilə kəsişməsindən Ş.Mehdiyev küçəsi ilə kəsişməsinədək olan hissəsi bağlanacaq.
Qeyd edək ki, Həsən Əliyev küçəsinin kəsişməsindən Tbilisi prospekti ilə 20 Yanvar metrostansiyası istiqamətində A.Salamzadə küçəsinin bir hissəsində (Nəqliyyat Nazirliyinin inzibati binasının qarşısı) asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar iyunun 28-i gecə 00:00-dan başlayaraq təmir işləri başa çatanadək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmuşdu.
AzVision.az
Teqlər: