Sumqayıtda ticarət obyektləri niyə sökülür? - Açıqlama
G.Əliyev deyib ki, bu baxımdan Sumqayıt şəhər İcra Hakimiyyəti həmin qanunsuz obyektlərin sökülməsini zəruri sayır. Söküləcək obyektlərin yerində yaşıllıqların, parkın salınması, binaların fasadlarının isə müasir üslubda daş üzlüklərlə üzlənməsi nəzərdə tutulur.
Qurum rəsmisi bildirib ki, 170-200 obyektin söküləcəyi barədə yayılan məlumatların əsası yoxdur: “Rəsmi olaraq bildiririk ki, söküləcək qeyri-qanuni obyektlərin sayı 17-dir”.
Sumqayıtda fəaliyyət göstərən “Cavid” ticarət mətkəzinin də sökülməsinə münasibət bildirən G.Əliyev bu obyektin sökülməsini Sülh küçəsindəki tıxacların aradan qaldırılması ilə əlaqələndirib: “Həmin obyektin qarşısında avtomobillərin qanunsuz park edilməsi yolda tıxacların yaranmasına gətirib çıxarır. Bu problemin yaranma səbəbi SSRİ dönəmindən Sülh küçəsində məhz avtomobil dayanacağı olan ərazidə “Cavid” ticarət mərkəzi adlanan qeyri-qanuni obyektin tikilməsidir. Sumqayıt şəhər İcra Hakimiyyətinə vətəndaşlardan dəfələrlə fərdi və kollektiv şikayətlərin daxil olmasını nəzərə alaraq, qeyri-qanuni tikilən “Cavid” ticarət mərkəzinin sökülərək yerində müasir tipli avtomobil dayanacağının inşasını zəruri sayırıq. Söküləcək obyektlər qanunsuz olduğu üçün obyekt sahiblərinə hec bir konpensasiya verilməsi nəzərdə tutulmur”.
AzVision.az