Ötən il 744 hərbçiyə ev verilib

Ötən il 744 hərbçiyə ev verilib
  13 Yanvar 2016    Oxunub:1479
Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mülkiyyətinə 744 mənzil verilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında çıxış edən maliyyə naziri Samir Şərifov məlumat verib.

S.Şərifov qeyd edib ki, prezidentin xüsusi diqqəti sayəsində ölkəmizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılması, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi ən ümdə vəzifə kimi gündəmdə qalmaqdadır. Bu məqsədlə 2015-ci ildə dövlət büdcəsi xərclərinin 17,9 faizi həcmində və yaxud 2014-cü illə müqayisədə 2,7 faiz-bənd çox vəsait ayrılıb.

Eyni zamanda, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailələri üçün Azərbaycan Prezidentinin təqaüdü təsis edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti