`Aksiya xəbəri yalandır, inanmayın` - Ağcabədinin deputatı

`Aksiya xəbəri yalandır, inanmayın` - Ağcabədinin deputatı
  12 Yanvar 2016    Oxunub:3894
“Ağcabədidə bahalaşmaya görə etiraz aksiyasının keçirilməsi ilə bağlı yayılan xəbərlər yalandır, uydurmadır”.

Bu barədə AzVision.az-a açıqlamasında həmin rayonun deputatı Tahir Rzayev deyib.

Hazırda Ağcabədidə olduğunu deyən deputat bildirib ki, sosial şəbəkələrdə yayılan video və fotolarda görünən insanlar aksiyaya yox, 3 nəfərin intihar etmək cəhdinə görə toplaşıb: “İntihara cəhd qaçqın və məcburi köçkünlər üçün salınan yaşayış massivində qeydə alınıb.Həmin insanlar da bu hadisəyə görə həmin əraziyə toplaşıb. İndi bunu aksiya kimi təqdim etməyə çalışırlar. Mən bir daha bəyan edirəm Ağcabədidə aksiya olmayıb. Müxalifyönlü KİV-lər bu hadisəni şişirdərək aksiya kimi qələmə verməyə çalışırlar”.

T.Rzayev qeyd edib ki, qaçqın və məcburi köçkünlər üçün Ağcabədidə dövlət tərəfindən hər bir şərait yaradılıb: “Onlar üçün böyük bir yaşayış massivi salınıb. Bu yaşayış kompleksində bütün xidmət sahələri, o cümlədən məktəb, baxça, xəstəxana var. Eyni zamanda dövlət tərəfindən onlara yardım edilir. Bu baxımdan heç bir problem ola bilməz”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti