Azərbaycan təhsilində ilk: Dərs davamiyyəti əl izi ilə aparılacaq

Azərbaycan təhsilində ilk: Dərs davamiyyəti əl izi ilə aparılacaq
  12 Yanvar 2016    Oxunub:13499
“Bu ilin sentyabr ayından tələbələrin dərsə davamiyyəti barmaq izi ilə həyata keçiriləcək”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetin rektoru Ədalət Muradov deyib. Onun sözlərinə görə, müəllimlər tələbələrin dərsə gəlib-gəlməməsini yoxlamağa həsr etdiyi vaxtı dərsə ayıracaq:

“Dediyimiz sistemi hazırda universitetimizdə fəaliyyət göstərən "SABAH" qruplarında tətbiq edirik. Eyni zamanda müəllimlər də elektron jurnalı ancaq barmaq izi ilə aça biləcək. Yalnız icazə verilən zaman müəllimləri kimsə əvəz edə bilər”.

Rektor həmçinin yaxın gələcəkdə İqtisad Universitetin 3-cü korpusunun təmir olunacağını deyib.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti