3 azərbaycanlı çaya düşüb öldü

3 azərbaycanlı çaya düşüb öldü
  21 Fevral 2013    Oxunub:1343
Ölənlərin kim olduğu hələ ki, məlum deyil.
Şəmkir rayonunun Çinarlı qəsəbəsində ağır yol-nəqliyyat qəzası baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün saat 12 radələrində qeydə alınıb.

Şəmkir çayı üzərində olan körpüdə ötmə əməliyyatını yerinə yetirmək istəyən “Mercedes” markalı avtomobil “Niva” markalı maşınla toqquşub. APA bildirir ki, qəza zamanı “Mercedes” çaya düşüb. Avtomobildə olan 3 nəfər dünyasını dəyişib. Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.


Teqlər:





Xəbər lenti