Ölkəmizdə donuz qripi qeydə alınmayıb - Rəsmi

Ölkəmizdə donuz qripi qeydə alınmayıb - Rəsmi
  04 Yanvar 2016    Oxunub:1667
A (H1N1) virusu Azərbaycanın sərhəd gömrük-keçid məntəqələrində qeydə alınmayıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir.

Qeyd olunur ki, Türkiyənin Adana vilayətində A (H1N1)-(donuz qripi) virusuna yoluxduğu ehtimal olunan 3 nəfərin dünyasını dəyişməsi barədə məlumatlar yayılıb. Komitənin məlumatında qeyd olunur ki, hər hansı potensial təhlükəli halın vaxtında müəyyən edilməsi və qarşısının alınması üçün bir sıra vacib və profilaktik tədbirlər davamlı surətdə aparılır, ümumi vəziyyət nəzarət altındadır. Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyinin müvafiq qurumları qarşılıqlı əlaqədədir, sərhəd gömrük-keçid məntəqəlırində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlər həyata keçirilir.

Gömrük-keçid məntəqələrində quraşdırılmış yüksək hərarəti müəyyən edən termovizorlar vasitəsilə vəziyyətə nəzarət olunur.

Ölkəyə gələn şəxslər üzərində vizual müşahidə aparılır, yüksək hərarəti və xəstəliyə yoluxma əlamətləri aşkar edilərsə, müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

AzVision.az


Teqlər:  





Xəbər lenti