Məhkum həbsxanada öldü

Məhkum həbsxanada öldü
  21 Fevral 2013    Oxunub:1542
65 yaşlı Sədulla Qafarov həbsxananın tibb məntəqəsində dünyasını dəyişib.
Azərbaycanda cəzaçəkmə müəssisəsində daha bir məhkum dünyasını dəyişib. Nizami rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Həmin müəssisədə cəza çəkən, 65 yaşlı Sədulla Qafarov müəssisəsinin tibb məntəqəsində dünyasını dəyişib. Məhkumun ölümünün səbəblərini müəyyən etmək üçün ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, S. Qafarov 2009-cu ildə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.


Teqlər:





Xəbər lenti