Qısaqapanma evi məhv etdi

Qısaqapanma evi məhv etdi
  21 Fevral 2013    Oxunub:1754
Lənkəranda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında olub. Yanğın rayonun Vilvan kənd sakini, 1972-ci il təvəllüdlü Saleh Musayevə məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri nəticəsində yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 190 kvadratmetr olan evin 90 kv.metrlik ərazisi içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yarasız vəziyyətə düşüb.

İlkin versiya kimi yanğına elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti