Nazirlikdən müğənnilərə son xəbərdarlıq

Nazirlikdən müğənnilərə son xəbərdarlıq
  15 Dekabr 2015    Oxunub:2748
`Hər kəs özünün qazandığı, əldə etdiyi gəlirlərinə münasib vergilərini ödəməlidir`.
AzVision.az xəbər verir ki, bunu vergilər nazirinin I müavini Natiq Əmirov deyib. Onun sözlərinə görə, bunun üçün ən mühüm şərt gəlir və xərclərin şəffaf uçotunun aparılmasıdır:

`Bizim şou-biznes nümayəndələrinin əldə etdiyi gəlir və xərclərinin uçotu yoxdur. Bu insanlardan bir qismi obyektiv, digər qismi isə subyektiv səbəbdən bizə öz gəlir və xərclərinin uçotunu təqdim etməkdə həvəsli deyil. Bir sıra hallarda biz onların gəlirlərini əldə edə bilərik. Ən azı toyları müşahidə edə bilərik. Onların vergidən yayınması uzun çəkməyəcək`.

O, qeyd edib ki, Vergilər Nazirliyinin imkanı var ki, konkret bir musiqiçini nəzarətə götürsün və onun bütün toylarını izləsin, gəlirlərini hesablasın və buna müvafiq olaraq vergini hesablasın:

`Bizim şou-biznes nümayəndələri ilə söhbətlərimiz olur. Onlar deyir ki, konsertdən 10 min manat vəsait qazandım, amma onun 12 min manatını dekorasiyaya xərclədim ki, piar edim və toy sifarişlərimi artırım. Xərclər olmadığına görə, əhəmiyyətli olaraq bu vergilərin gəlirlər üzərindən hesablanmasını edə bilmirik.

Şou-biznes nümayəndələrindən gəlirləri və xərclərini bəyan etmələrini və vergiləri ödəmələri xahiş olunub, lakin bu da bir nəticə verməzsə, onların da vergiyə cəlb olunması üçün lazımi mexanizm tapılacaq. Ola bilər ki, yeni mexanizm hər bir şou-biznes nümayəndəsi ilə münasibətdə ədalətli olmaz. Lakin ən azından şəffaf olacaq`.


Teqlər:  





Xəbər lenti