Şəkinin daha bir kəndinə qaz verilib
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması günündə - iyunun 26-da Şəki rayonunun Baş Zəyzid kəndinə təbii qazın verilməsinin bərpası münasibəti ilə tədbir keçirilib. Tədbirdə ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilib ki, 105 abonenti olan Baş Zəyzid kəndinin qazlaşdırılması məqsədilə ikipilləli sistem əsasında ümumi uzunluğu 15625 metr olan müxtəlif diametrli metal borulardan ibarət daşıyıcı və məhəllədaxili qaz kəmərləri əsaslı təmir olunmuş, 105 sayğac quraşdırılıb.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri Baş Zəyzid kəndinin təbii qazla təchiz olunmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.