9 ayda nə qədər qan yığılıb?

9 ayda nə qədər qan yığılıb?
  12 Noyabr 2015    Oxunub:1203
Bu ilin ilk doqquz ayı ərzində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda keçirilən könüllü qanvermə aksiyalarında 24 128 770 ml qan tədarük edilib.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, aksiyalara 51 367 nəfər könüllü donor qatılıb.

Donor qanın əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində və Respublika Kliniki Tibbi Mərkəzdə toplanılıb. Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəsətələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunacaq. Qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcək.


Teqlər:  





Xəbər lenti