Rusiyanın Mərkəzi Bankı iflas ərəfəsində

Rusiyanın Mərkəzi Bankı iflas ərəfəsində
  03 Noyabr 2015    Oxunub:3112
Rusiya Bankı ölkədəki iqtisadi vəziyyətin pisləşəcəyi təqdirdə onun sabitləşməsi üçün digər tədbirlərlə yanaşı valyuta satışını da həyata keçirməyə hazırdır.
AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının (MB) sədri Elvira Nabiullina pul-kredit siyasətinin stress ssenarinin bəndlərini açıqlayarkən bildirib.

“Risklərin artması halında biz əlimizdə olan bütün maliyyə alətlərindən istifadə edəcəyik. Bura maliyyə sabitliyinin dəstəklənməsi üçün xarici valyutanın satışı da daxildir”, - deyə MB sədri qeyd edib.

Qeyd edək ki, 10 noyabr 2014-cü ildən rublun məzənnəsini sərbəst bazar tərəfindən tənzimləyəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti