Nağd pul kəskin azalıb

Nağd pul kəskin azalıb
  02 Noyabr 2015    Oxunub:2669
Azərbaycanda geniş mənada pul kütləsi (M3) 2015-ci il oktyabrın 1-nə 17 684 mln. manata bərabər olub. Sentyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə M3 aqreqatı 50 mln. manat və ya 0,3% azalıb.
AMB-dən verilən xəbərə görə, cari ilin əvvəli ilə müqayisədə azalma 3 882 mln. manat və ya 18%, 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə 3 449 mln. manat və ya 16,3% təşkil edib.

M2 pul aqreqatı (manatla olan pul kütləsi) bu ilin oktyabrın 1-nə 9 368,9 mln. manata bərabər olub. Nəticədə, aylıq müqayisədə M2 aqreqatı 176,8 mln. manat və ya 1,8%, cari ilin əvvəlindən 8 066,9 mln. manat və ya 46,3% azalıb. Keçən ilin analoji dövrü ilə müqayisədə isə azalma 7 998,9 mln. manat və ya 46% olub.


Teqlər:





Xəbər lenti