Türkiyə lirəsindən yeddi illik rekord

Türkiyə lirəsindən yeddi illik rekord
  02 Noyabr 2015    Oxunub:2188
Türkiyə lirəsinin ABŞ dollarına olan məzənnəsi ötən gün 5,4% bahalaşaraq bir dollar üçün 2,7579 lirə göstəricisinə yüksəlib.
AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu göstərici 2008-ci ildən bəri Türk lirəsinin gün ərzində dollara qarşı göstərdiyi ən böyük yüksəlişdi.

Ekspertlər bunu ötən gün Türkiyədə keçirilən seçkilərin nəticələri ilə bağlayırlar.

Türkiyədə artıq 99,53% seçki qutusu açılıb. Sayılan nəticələrə görə, AKP 49,4 faizlə liderlir. CHP 25,39, MHP isə 11, 93 faiz səsləri bölüşürlər. Artıq AKP öz zəfərini qeyd etməyə başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti