Әmәkdaşlıq Şurasından seçkilərlə bağlı bəyanat
Missiya seçki öncəsi kampaniya zamanı və seçki günü heç bir hüquq pozuntusu müşahidə etməyib. Seçkiləri ədalətli və qərəzsiz müşahidə etmək üçün yerli və xarici müşahidəçilərə lazım olan hüquqi və təşkilati şərait yaradılıb. Azərbaycanın milli qanunvericiliyinə uyğun olaraq insanların azad iradəsi təmin olunub.
Bəzi seçki məntəqələrində veb-kameralar quraşdırılıb, əlil insanlar üçün lazımi şərait yaradılıb. Nəticə olaraq Türkdilli Əməkdaşlıq Şurasının müşahidə missiyası təsdiq edir ki, Azərbaycan Milli Məclisinə seçkilər açıq, şəffaf və rəqabət güclü aparılıb. Azərbaycan milli qanunvericiliyinə və ümumqəbul olunmuş beynəlxalq seçki standartlarına uyğundur”.
Anar Kəlbiyev
Teqlər: