Bakıda kişi meyiti tapılıb

Bakıda kişi meyiti tapılıb
  21 İyun 2013    Oxunub:1157
Bakının Nərimanov rayonunda meyit aşkarlanıb.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə,
dünən saat 15.00 radələrində Nərimanov rayonu, Aşıq Qərib küçəsində yerləşən «Bakı-Keşlə» dəmir yol xəttindən 2 metr aralıqda, qarın nahiyəsində 6 ədəd, döş qəfəsi nahiyəsində 1 ədəd deşilmiş-kəsilmiş yaralarla təxminən 45-50 yaşlarında naməlum kişi meyiti aşkar olunub.

Fakta əsasən rayon prokurorluğu tərəfində cinayət işi açılıb.

Mirvari




Teqlər:  





Xəbər lenti