AzVision.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov deyib. Onun sözlərinə görə, 3 gün sonra, oktyabrın 27-si "WizzAir"in rəsmiləri Bakıya səfər edəcək və oktyabrın 28-i AZAL və Macarıstan şirkəti arasında rəsmi imzalanma mərasimi baş tutacaq.
"Biz onlara artıq qış mövsümündən Budapeştə aviauçuşlar həyata keçirməyi təklif etdik. Onlar isə mart ayından öz istədikləri güzəştlər əsasında aviareyslər bərpa etmək qərarına gəldilər", - deyə AZAl rəsmisi bildirib.