Millət vəkili seçicilərlə görüşlərini davam etdirir – FOTOLAR

Millət vəkili seçicilərlə görüşlərini davam etdirir – FOTOLAR
  22 Oktyabr 2015    Oxunub:1633
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə seçicilərlə görüşlərini uğurla davam etdirir.

Seçki Qərargahının mətbuat xidməti xəbər verir ki, Ç.Qənizadə daha 6 kənddə - Şərq, Türklər, Muradxanlı, Cəfərli, Oruclu, Ağaməmmədli kəndlərindən olan seçicilərlə görüş keçirib və bu günədək görüş keçirdiyi kəndlərin sayını 30-a çatdırıb.



80 saylı İmişli -Beyləqan seçki dairəsinə daxıl olan kəndlərdə keçirilən bu görüşlərdə yüzlərlə seçici - kənd ağsaqqalları, ziyalılar, gənclər iştirak edib.

Səmimi ab-hava şəraitində keçən görüşlərdə seçicilər onları narahat edən bir sıra məsələlər haqqında fikirlərini çatdırıblar. Seçicilərini diqqətlə dinləyən Ç.Qənizadə qaldırılan məsələlərə münasibət bildirib və deputat seçiləcəyi tədqirdə müvafiq dövlət qurumlarının köməyi ilə onları narahat edən məsələlərin həllinə çalışacağını söyləyib.



Görüşlərdə seçicilər də çıxış edib. Onlar Ç.Qənizadənin 5 illik deputat fəaliyyətindən razı qaldıqlarını dilə gətirib, millət vəkili kimi fəaliyyət göstərdiyi illərdə seçiciləri tərəfindən qaldırılan məsələləri diqqətdə saxladığını, onların həlli istiqamətində öz səyini əsirgəmədiyini vurğulayaraq Çingiz Qənizadəni yenidən dəstəkləyəcəklərini və ona səs verəcəklərini bildiriblər.
Ç.Qənizadənin seçicilərlə görüşləri davam edir.





Teqlər:





Xəbər lenti