Dövlət qulluqçusu statusu ilə bağlı konsepsiya hazırlanır

Dövlət qulluqçusu statusu ilə bağlı konsepsiya hazırlanır
  20 İyun 2013    Oxunub:1573
“Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlanır”.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövləıt Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov deyib. O qeyd edib ki, konspesiyaya müvafiq orqanların rəyi alınandan sonra tamamlanacaq : “Komissiyada həmin konsepsiyanı nəzərdən keçirmişik və təkliflərimizi vermişik”.

Bəhram Xəlilov dövlət qulluğu imtahanlarının regionlarda keçirilməsi məsələsinə də aydınlıq gıətirib. Bildirib ki, texniki baza olsa regionlarda imtahanların keçirilməsi üçün heç bir maneə yoxdur.

“Artıq 3 ildir ki, test imtahanlarını kompyüter vasitəsilə həyata kerçiririk. Müvafiq proqramımız, test bankımız və təcrübəmiz də var. Yalnız məsələ imtahanların keçirilməsini təmin edilməsi üçün yerlərin, müvafiq avadanlığın olmamasıdır”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti