`Prezidentin qərarı inqilabi xarakter daşıyır` - Nazir

`Prezidentin qərarı inqilabi xarakter daşıyır` - Nazir
  20 Oktyabr 2015    Oxunub:7782
“Yaxın zamanlarda ixracın təşviqi ilə bağlı işlər görüləcək. Bu barədə sənədlər hazırlanacaq”.
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, ölkə başçısı son iclasda bildirib ki, Azərbaycan üçün potensial bazar olan ölkələrlə logistik mərkəzlər yaradılmalıdır:

“Qazaxıstanda artiq loqistik mərkəz hazırdır. Gələn ayın ortalarında açılışı gözlənilir. Xüsusilə sahibkarlığın inkişafını ön plana çəkmək istəyirəm. Cənab prezident 9 ayın yekunları ilə bağlı keçirdiyi müşavirədə bu sahədə öz tapşırıqlarını verib”.

Nazir qeyd edib ki, prezident İlham Əliyev tərəfindən qəbul olunmuş qərar məhz inqilabi xarakter daşıyır: `Biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığa daha münbit şərait yaradılması baxımından çox vacib bir qərardır. Eyni zamanda xüsusi lisenziyalar sahəsində mühüm dəyişikliklər edilib. Belə ki, xüsusi lisenziyaların verilməsi İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən `ASAN Xidmət` vasitəsilə aparılacaq. Eyni zamanda Fərmanda ölkə başçsı verilən lisenziyaların sayının minimuma endirilməsi, verilmə prosedurların sadələşdirilməsi istiqamətində mühüm tapşırıqlar verilib.

Hesab edirəm ki, hər 2 sənəd yoxlamalar sırasında qanun layihəsinin təqdim və təsdiq olunması, eyni zmanda xüsusi lisensiyaların verilməsi sahibkarlığın inkişafında ciddi xarakter daşıyır və müsbət təsir göstərəcək`.

Nazir vurğulayıb ki, qeyri neft sektorunun ÜDM-dəki payı ilbəil artmaqdadır: `Bu ilin 9 ayının yekunlarına görə, qeyri neft sektorunun payı ÜDM-də 68% -i ötüb. Gələn ilin proqnozlarına görə, bu rəqəm daha da artaraq 71 %-ə çatacaq. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək. Xüsusi ilə mən ixracın təşviqi ilə bağlı əlavə tədbirlərin görüləcəyini bildirmək istəyirəm. Artıq Azərbaycanın iqtisadiyyatında idxaldan aslılığı böyük hesabla vəzifənin icrasından gəlib və ixrac potensialı formalaşıb”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti