Amerika Rusiya ilə müqavilə bağladı

Amerika Rusiya ilə müqavilə bağladı
  19 İyun 2013    Oxunub:1140
İki ölkə arasında imzalanmış sazişin məqsədi kiberməkanda münaqişə riskini azaltmaqdır.
Amerika Birləşmiş Ştatları və Rusiya kibertəhlükəsizlik paktını imzalayıb. İki ölkə arasında birgə bəyanatda Birləşmiş Ştatların prezidenti Barak Obama və Rusiya lideri Vladimir Putin paktın təhlükəsizliyin təminatı üçün mühüm əhəmiyyət kəsb edən sənəd adlandırıb.

Şimali İrlandiyada Böyük Səkkizlərin (G8)sammitində imzalanan sazişin məqsədi mümkün insidentlər barədə birbaşa və ani təmas yaratmaqla, kiberhücum riskini azaltmaqdır.Kiber təlimlər və məlumat mübadiləsi üçün ilk dəfə Soyuq Müharibə dövründə yaradılmış kanaldan istifadə ediləcək.

Bu müqavilə siyasi, hərbi və terror təhlükəsini, eləcə də kriminal fəaliyyəti əhatə edir.

Digər kanal Amerika və Rusiya Daxili Təhlükəsizlik Nazirlikləri arasında texniki məlumatların mübadiləsi üçün istifadə olunacaq. Şəxsi məlumatlar istisna olunmaqla, şəbəkələrin təhlükəli fəaliyyəti haqda məlumat daşıyan internet protokol adresləri paylaşılacaq.

Amerika Birləşmiş Ştatları və Rusiya hərbi münaqişə haqqında qanunun kiberməkanda tətbiq olunmasını daha əvvəl qəbul edib. Bu yaxınlarda Çin də bu prinsiplə razı olduğuna işarə etmişdi. Qeyri-rəsmi məlumata görə, Amerika rəsmiləri təkbətək görüşlərdə eyni paktın Çin ilə bağlanmasını istəyiblər.

Azvision.az


Teqlər:





Xəbər lenti