Azərbaycan OPEC-in iclasından imtina etdi

Azərbaycan OPEC-in iclasından imtina etdi
  19 Oktyabr 2015    Oxunub:3246
Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) oktyabrın 21-də keçiriləcək iclasında iştirak etməkdən imtina edib.
Bu barədə “Röyter”ə Energetika Nazirliyindən məlumat veriblər.

“Bizə OPEC-dən dəvət gəlib. Amma nazir Natiq Əliyev bu iclasda iştirak etməyəcək. Azərbaycan bu tədbirə qatılmayacaq”, - deyə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva bildirib.

Qeyd edək ki, oktyabrın 21-də keçirləcək iclasa OPEC üzvü olmayan səkkiz - Azərbaycan, Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya kimi ölkələr dəvət olunub.

Təşkilatın və qeyri-OPEC ölkələrindən olan neft ekspertlərinin texniki konfransı Vyanada keçiriləcək.


Teqlər:  





Xəbər lenti