Əlilliyə görə əmək pensiyası alanların sayı açıqlandı

  19 İyun 2013    Oxunub : 481
Əlilliyə görə əmək pensiyası alanların sayı açıqlandı
“1 aprel 2013-cü il tarixə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan 1 milyon 271, 5 min əmək pensiyaçısının 26,8 faizi, yəni 340,8 min nəfəri əlilliyə görə əmək pensiyası alanlardır”.
AzVision.az xəbər verir ki, bunu Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib. Onun szölərinə görə, onlardan 6,7 faizi və ya 23,4 min nəfəri I qrup, 86 faizi və ya 292, 1 min nəfəri II qrup, 7,3 faizi və ya 25,3 min nəfəri III qrup əlillərdir:

“I qrup gözdən əlillərin sayı 7575 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,6 faizi müharibə əlilləri, 95,6 faizi ümumi səbəbdən əlillər, 0,8 faizi isə dövlət qulluqçularıdır”.

Fond sədri bildirib ki, hazırda əmək pensiyaçılarının 60,5 faizi, yəni 769 min nəfəri qadındır:

“Onların 69 faizi və ya 528 nəfəri yaşa görə, 19 faizi və 149 min nəfəri əlilliyə görə, 12 faizi və ya 92 min nəfəri ailə başçısını itidrdiyinə görə pensiyaçıdır. Ümumi qadın pensiyaçıların tərkibində çoxuşaqlı ana kimi pensiya alan qadınların sayı isə 246 min nəfər təşkil edir”.

Teqlər: