Azərbaycanda cərimələr 5 dəfə artırıla bilər

Azərbaycanda cərimələr 5 dəfə artırıla bilər
  16 Oktyabr 2015    Oxunub:3941
Ticarət və ictimai iaşə fəaliyyətilə məşğul olan şəxslərin vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları beş dəfər artırıla bilər.
AzVision.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən vergilər naziri Fazil Məmmədov bildirib ki, təqvim ili ərzində vergi hüquqpozulmasına birinci dəfə yol verildikdə 400 manat məbləğində maliyyə sanskiyası tətbiq olunurdusa, dəyişikliklə bu məbləğ 2 000 manat olacaq.

Təqvim ili ərzində ikinci dəfə hüquqpozulmasına yol verildikdə isə indiki kimi 800 manat deyil, 4 000 manatdək cərimə olunması təklif edilir. Belə hüquqpozulmasına üçüncü dəfə yol verildikdə isə cərimənin 1 200 manatdan 6 000 manat məbləğinə qədər qaldırılması təklif olunur.

Eyni zamanda binaların tikintisi və satışı fəaliyyətini həyata keçirən, habelə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə tətbiq olunan vergitutma mexanizminin təkmilləşdirilməsi üçün onların sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olması təklif edilir. Bu zaman tikinti müəssisəsi seçdiyi vergitutma metodunu tikinti başa çatdırılanadək dəyişdirə bilməz.


Teqlər:





Xəbər lenti