Totalizatorların illik dövriyyəsi 300 milyondur
Onun sözlərinə görə, dəyişikliyə əsasən, fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2 500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30 000 manatadək olduqda isə ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad olunur.
Azərbaycanda idman mərc oyunları bazarının illik dövriyyəsi təqribən 300 milyon manat təşkil etdiyini deyən Fazil Məmmədov bildirib ki, 2013-cü il yanvarın 1-dən fiziki şəxslərin mərc oyunlarından uduşları vergidən azaddır: "Nəticədə bu, ötən il ərzində idman mərc oyunlarının inkişafına xidmət edib. Buna görə də idman mərc oyunlarından əldə edilən uduşların vergiyə cəlb edilməsi zərurəti yarandı. İndiki iqtisadi vəziyyəti nəzərə alsaq, bu məqsədəuyğundur".
Vergi qanunvericiliyinə edilən dəyişikliklərə əsasən, 2016-cı ildən Azərbaycanda idman totalizatorları iştirakçılarının uduşlarından onun məbləğinin 10 faizi həcmində gəlir vergisi tutulacaq. Bu dəyişiklik qeyri-rezidentlərə də şamil edilcək
Teqlər: