Kral AST Telmanın otelini bağlatdırdı

Kral AST Telmanın otelini bağlatdırdı
  15 Oktyabr 2015    Oxunub:2989
Türkiyənin Antalya şəhərində 15-16 noyabrda baş tutacaq G-20 Zirvəsində azərbaycanlı milyonçu AST Telmana məxsus olan “Mardan Palace” yalnız bir şəxsə xidmət edəcək.
AzVision.az xəbər verir ki, min nəfərlik nümayəndə heyəti ilə tədbirə gələn Səudiyyə Ərəbistanı kralı Salman 546 otağı sifariş edib.

Kralın özü isə günü 15 min avroya olan “Royal Suit Villa” - da qalacaq. “Mardan Palace”nin kral otağı qızıldan olan əşyalarla bəzədilib. “Royal Suite” iki böyük eyvanı xaric 600 kvadratmetrdir. Lüks hamamı olan yataq otağı, dağ mənzərəli eyvan, kinoteatr, SPA, sauna, 115 kvadratmetrlik cakuzili hovuz, piano v s. var.

Qeyd edək ki, sammit beşulduzlu “Regnum Carya Resort Hotel”də keçiriləcək. Hər ehtimala qarşı toplantılar üçün daha bir otel də ehtiyatdadır. Həmin günlərdə otellərə müştəri qəbul edilməyəcək. Yalnız dünya liderləri və ölkələrin nümayəndələri Bələkdəki otellərdə qala biləcəklər.


Teqlər:





Xəbər lenti