SOCAR borcunu azaldıb

SOCAR borcunu azaldıb
  15 Oktyabr 2015    Oxunub:1958
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycan Beynəlxalq Bankından 1 mlrd. 860 mln. manat məbləğində götürəcəyi kreditin yaxın günlərdə ilk tranşı həyata keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
O qeyd edib ki, 1 mlrd. 260 mln. manat Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun yenidənqurulması üçün, 600 mln. manat isə "Bulla", "Günəşli" yataqlarında neft-qaz quyularının qazılması üçün istifadə olunacaq.

O xatırladıb ki, bununla bağlı artıq Nazirlər Kabinetinin sərəncamı var, Maliyyə Nazirliyi də dövlət zəmanətçisi kimi çıxış edir: `Müqavilələr imzalanıb, birinci tranşın əldə olunması üçün tələb olunan sənədləşmələr yekunlaşmaq üzrədir`.

Onun sözlərinə görə, birinci tranşın məbləği qazma üçün 200 mln. manata qədər, Neft Emalı zavodunun rekonstruksiyası üçün isə 50-60 mln. manat təşkil edir. S.Qasımov kreditlərin uzunmüddətli olduğunu, rekonstruksiya üçün 3 il qaytarılmasına güzəştlə 10 il müddətində, neft-qaz hasilatı ilə bağlı isə 5-6 illik nəzərdə tutulduğunu əlavə edib.

`Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kredit borcu 1 mlrd. dollar azalıb` - deyən Süleyman Qasımov bildirib ki, SOCAR-ın 7,9 mlrd. dollar məbləğində olan kredit borcu 6,9 mlrd. dollaradək enib.




Teqlər:  





Xəbər lenti