Elman Mehdiyevdən ümidverici proqnoz

Elman Mehdiyevdən ümidverici proqnoz
  14 Oktyabr 2015    Oxunub:2535
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üzrə büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub.
AzVision.az xəbər verir ki, iclasda çıxış edən DSMF sədri Elman Mehdiyev bildirib ki, 2016-cı il üçün əsas gəlirlərinin 3 mlrd. 78,6 mln. manat həcmində olmasının planlaşdırılır.

Sədrin sözlərinə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,3 milyon manat və ya 0,7% çoxdur: “Bu gəlirlərin 64,1%-ini məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. Bunun da məbləği 1 milyard 972,2 milyon manat olmaqla, 2015-ci ilin proqnozlarından 22 milyon manat çoxdur. Gələn il də məcburi sosial sığorta haqları üzrə daxilolmaların proqnozlarının 64,5%-i və ya 1 milyard 272 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Bu da 2015-ci ilin müvafiq göstəricisindən 20,9 milyon manat çoxdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən bu sahə üzrə daxilolmalar 53,5 milyon manat nəzərdə tutulub. Növbəti ildə dövlət büdcəsindən ayırmalar, yəni transfertlərin proqnozu 1,1 mlrd. manat səviyyəsində nəzərdə tutulub ki, bu, cari ilin təsdiq olunmuş proqnozu ilə eynidir. Digər gəlirlər üzrə daxilolmalar isə 6,4 milyon məbləğində proqnozlaşdırılır”.

2016-cı il üçün xərclərə gəlincə, DSMF sədri bildirib ki, növbəti ildə əhaliyə ödənişlər 3 mlrd. 11,2 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilə nisbətən 22 mln. manat və ya 0,7% çoxdur: "Əmək pensiyalarının ödəniş xərcləri əhaliyə edilən ödənişlərin 97,12%-ini təşkil edəcək. 2016-cı ildə bu sahədəki proqnozlar bu ilə nisbətən 0,4% və ya 13,1 milyon manat artımla, başqa sözlə 2 milyard 923,6 milyon manat həcmində nəzərdə tutulub. Gələn il məcburi sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclər 2015-ci ilə nisbətən 11,3% və ya 8,9 milyon manat çox olmaqla, 87,6 milyon manat məbləğində proqnozlaşdırılır".

E. Mehdiyev qeyd edib ki, növbəti ildə pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqları xərcləri 20 milyon manat olacaq. "DSMF aparatının və filiallarının saxlanılması xərclərinin proqnozu gələn il üçün 27 milyon manat həcmində nəzərdə tutulub".

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti