Əhaliyə 2 milyarddan çox pensiya verilib

Əhaliyə 2 milyarddan çox pensiya verilib
  13 Oktyabr 2015    Oxunub:1777
Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əhaliyə ödənişlərin məbləği 2 mlrd. 152,9 mln. manat təşkil edib.
Əhaliyə ödənişlərin 97,5%-i və yaxud 2 mlrd. 98,2 mln. manatı əmək pensiyaları ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilib.

Bu barədə AzVision.az-a Fonddan məlumat verilib.

“Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərisə 54,7 mln. manat təşkil etməklə əhaliyə ödənişlərin 2,5%-i həcmində olub.

Əldə edilmiş maliyyə imkanlarının nəticəsində əhaliyə pensiya və müavinətlərin ödənişinin hər ay qrafikdən əvvəl reallaşdırılması təmin olunub” - deyə, DSMF-dən qeyd olunub.


Teqlər:  





Xəbər lenti