“Monopoliya yaradılır...” - Cavid Qurbanov

“Monopoliya yaradılır...” - Cavid Qurbanov
  13 Oktyabr 2015    Oxunub:3494
“Bakı-Tbilisi-Qars” (BTQ) dəmir yolu xəttində aparılan tikinti işləri artıq yekunlaşmaq üzrədir”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib. Onun sözlərinə görə, bu layihə regiondan Türkiyə vasitəsilə Avropa ilə əlaqə üçün yeni imkanlar açacaq:

“ “Bakı-Tbilisi-Qars” dəmir yolu xəttində tikinti işləri artıq tamamlanır. Ötən ilin sonunda dəmir yolu xətti ilə ilk istismar qatarı buraxılıb. Məlum olduğu kimi Gürcüstan və Türkiyə sərhədində olan 4 kilometr uzunluğunda tunel artıq açılıb. Bu tunel sərhəddə dəmir yolu xətlərinin birləşməsinə mane olan yeganə sədd idi. Hazırda həmin ərazidə dəmir yolu xətlərinin birləşdirilməsi üzərində işlər də tamamlanmaq üzrədir”.

“Tarifləri əsasən bazar müəyyənləşdirir. Dövlət bazarda tarifləri nəzarətdə saxlamalıdır” - Cavid Qurbanov fikrini belə davam etdirib:

“Ölkə başçısı da bununla bağlı müvafiq bəyanatla çıxış edib. Tariflərin şişirdilməsi yüklərin buradan qaçmasına şərait yaradır. Söhbət tariflərdə güzəşt edilməsindən getmir. Sadəcə nəzərə almaq lazımdır ki, bəzi qiymətlər düzgün təyin olunmur, düzgün tənzimlənmir və nəticədə monopoliya yaradılır. O monopoliyalar da yüklərin Azərbaycandan qaçmasına şərait yaradır. Bu səbəbdən, tariflərin tənzimlənməsi üçün prezident müvafiq tapşırıqlarını verib”.


Teqlər:  





Xəbər lenti