‘Air-France’-a hücum edənlər müəyyənləşdi

‘Air-France’-a hücum edənlər müəyyənləşdi
  12 Oktyabr 2015    Oxunub:1515
Fransanın “Air-France” şirkətinin menecerlərinə hücum edən şəxslərin əksəriyyətinin kimliyi təyin olunub.

Xaotik vəziyyətdə kimlərin hamıdan qabaq şirkət menecerlərinə qarşı aqressvi davrandığı hələ ki, məlum deyil.

Yada salaq ki, “Air-France” şirkətinə qarşı etiraz aksiyası şirkətin qənaət və işçi ixtisarə planını açıqlmasından sonra baş vermişdi. Şirkətin personal şefi Xaviyer Broseta və uçuşlar üzrə əsas cavabdeh şəxs Piyer Plissonniyer qəzəbli işçi kütləsi tərəfidən hədəf seçiliblər. Şirkət də özünün rəsmi açıqlamasında bildirib ki, hücum edənlərin böyük bir hissəsi işdən çıxarılanlardır və etiraz aksiyasını da elə onlar təşkil ediblər.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti