İŞİD liderinin korteji vuruldu
Məlumatda bildirilir: “İraqın kəşfiyyat qurumları, ortaq əməliyyatlar komandiri və İraq hava qüvvələrinin əməkdaşlığı nəticəsində Əbubəkr əl-Bağdadinin də içərisində olduğu avtomobil karvanına hava hücumu həyata keçirilib”.
Kəşfiyyat məlumatlarına görə, Bağdadi və onu müşayiət edən bir neçə komandir Ənbar elindəki məkanda görüşmək məqsədi ilə yola çıxıblar.
Hücum nəticəsində xeyli sayda terrorçunun öldürüldüyü bildirilir. Ancaq öldürülənlər arasında Bağdadinin olub-olmaması barədə dəqiq məlumat yoxdur.







Vaxtında, Aydın, Lazımlı!


