Davudoğlu təcili hökumətin iclasını keçirir

Davudoğlu təcili hökumətin iclasını keçirir
  11 Oktyabr 2015    Oxunub:1859
Ankarada baş verən partlayışla bağlı Türkiyənin baş naziri Əhməd Davudoğlu hökumət üzvləri və güc strukturları rəhbərlərinin təcili toplantısını keçirir.
AzVision.az "Report"a istinadən xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Əhməd Davudoğlu 3 günlüyə seçki təbliğatı kampaniyasını və seçicilər qarşısında çıxışını dayandırıb.

Xəbərər görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İstanbulda keçirdiyi tədbiri təxirə salaraq, Ankaraya qayıdıb.

Müxalifət partiyalarının liderləri də seçkiqabağı təbliğat kampaniyasını apardıqları bölgələrdən ölkə paytaxtı Ankaraya dönüblər.


Teqlər:  



Xəbər lenti