Türkiyədə dəhşətli terror - Ölü sayı 86-ya çatdı (Yenilənib)

Türkiyədə dəhşətli terror - Ölü sayı 86-ya çatdı (Yenilənib)
  10 Oktyabr 2015    Oxunub:9630
Ankarada dəmiryol stansiyasında törədilən iki terror aktı nəticəsində azı 20 nəfər ölüb.

"Doğan" agentliyi xəbər verir ki, partlayış zamanı 100-dən çox adam yaralanıb.

Xatırladaq ki, bu gün Ankaranın Səhiyyə meydanında "Savaşın yerinə, Sülh, Əmək, Demokratiya" şüarı altında mitinq keçiriləcəkdi. Mitinqə gələnlərin qatar stansiyasında toplaşması qərarlaşdırılıb. Məlumata əsasən, partlayışlar intiharçı-terrorçunun özünü partlatması nəticəsində baş verib.



***

Ankara polisinin verdiyi məlumata görə, terror aktında ölənlərin sayı 30-a, yaralananların sayı isə 126-ya çatıb.

Məlumatda bildirilir ki, Ankara polisi terrorçuların yeni terror aktları törətməsindən ehtiyat edirlər.

***

Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 47-ə çatıb.

Bu barədə Ankaranın Baş prokuroru Harun Kodalak bildirib.

Baş prokurorun sözlərinə görə, 30 nəfər hadisə yerində, 17 nəfər isə xəstəxanalarda dünyasını dəyişib.

***

Ankarada dəmir yolu stansiyası yaxınlığındakı yol qovşağının altında törədilmiş partlayışda həlak olanların sayı 86 nəfərə çatıb. Hökumət üzvlərinin məlumatına görə, 186 yaralı xəstəxanalara yerləşdirilib. Ölənlərin sayının artacağı istisna deyil.

Türkiyənin dövlət və hökumət rəhbərləri, siyasi partiya başçıları da daxil olmaqla ölkə ictimaiyyəti terror aktına kəskin etiraz ediblər. Bildirilir ki, bu terror hadisəsi Türkiyədə milli birliyə və sabitliyə yönəldilmiş təcavüzdür. Məqsəd ölkədə vətəndaş qarşıdurması yaratmaqdır.



AzVision.az


Teqlər:  



Xəbər lenti