“Banklar haqqında” qanuna hansı dəyişiklik edilib?
Belə ki, “Banklar haqqında” qanuna edilən dəyişikliklə aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq həyata keçiriləcək. Qeyd edək ki, dəyişiklikdən öncə bu müddət konkretləşməmişdi. Bildirək ki, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır.
“Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında”qanuna dəyişiklik də eyni müddəanı nəzərdə tutur. Belə ki, sığortaçının əmlakının açıq hərrac yolu satılması sığortaçının müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçiriləcək.
“Müflisləşmə və iflas haqqında”qanun layihəsinə edilən dəyişikliklə səhmdar investisiya fondu və sığortaçı bu qanunla yanaşı müavfiq olaraq ”İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyətihaqqında” qanunun tələbləri nəzərə alınaraq müflis elan ediləcək.
Qeyd edək ki, təkmilləşdirmədə bu qanunun bütün kommersiya təşkilatlarına (banklar istinsna olmaqla) və qeyri-kommetrsiya təşkilatlarına şamil edilməsi nəzərdə tutulur. Bildirək ki, təkmilləşdirmədən öncə banklar da bu qanundan istisna deyildi.
Eyni zamanda qanunda bu qanunun Mərkəzi Banka şamil edilməməsi maddəsi saxlanılıb.
Anar Kəlbiyev
Teqlər: