425 nəfərin namizədliyi qeydə alınıb

425 nəfərin namizədliyi qeydə alınıb
  29 Sentyabr 2015    Oxunub:1620
Noyabrın 1-də Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədliyi irəli sürülənlərin sayı 1753 nəfərə çatıb.
AzVision.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib.

Qeyd olunub ki, indiyə qədər 425 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınanlardan 165 nəfərin namizədliyi 14 siyasi partiya tərəfindən, 2 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülüb, 258 nəfərin namizədliyi fərdi qaydada, qalanların namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti