Dollar getdikcə ucuzlaşır - Günün məzənnəsi

Dollar getdikcə ucuzlaşır - Günün məzənnəsi
  29 Sentyabr 2015    Oxunub:5227
Bu gün sentyabrın 28-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
AzVision.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 29-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0003 manat və ya 0,03% azalaraq 1,0480 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0063 manat və ya 0,54% artaraq 1,1795 manata yüksəlib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti