Türkiyə bu gecə də çalxalandı

Türkiyə bu gecə də çalxalandı
  16 İyun 2013    Oxunub:1049
Ötən gecə Türkiyənin Taksim meydanında vəziyyət yenə gərginləşib.
Polis meydana toplaşan aksiyaçılara ərazini boşaltmaları üçün xəbərdarlıq etdikdən 30 dəqiqə sonra müdaxiləyə başlayıb. Gezi parkına təzyiqli su maşınları ilə girən polis etirazçıları sərt şəkildə dağıtmağa çalışıblar.

Etirazçılar polisə daş və şüşə atıblar. Polisin bibər qazı və təzyiqli su ilə etdiyi müdaxilələr nəticəsində aksiyaçıların bəziləri Tarlabaşı və İstiqlal küçələrinə qaçıblar. Bu ərazilərdə toplaşaraq şüarlar səsləndirən qruplara da təzyiqli su ilə müdaxilə edilib.

Aralarında anaların da olduğu bir qrup qadın, müdaxilələr davam edərkən Gezi parkına girmək istəyib. Polisin icazə verməməsi nəticəsində qısa müddətli qarşıdurma yaranıb.

Polis müdaxillə zamanı “xahiş edirik, Gezi parkını boşaldın. Heç kimə zərər vermək istəmirik, etdiyiniz qanunsuz bir aksiyadır. Parkı boşaldın” deyərək aksiyaçılara səslənib.



Teqlər:





Xəbər lenti