Baş bankirdən devalvasiya açıqlaması - VİDEO

Baş bankirdən devalvasiya açıqlaması - VİDEO
  26 Sentyabr 2015    Oxunub:8485
Qarşıdakı 4 ildə Azərbaycan manatının orta illik məzənnəsi açıqlanıb.

AzVision.az ans-ə istinadən məlumatına görə, hökumətin açıqlamasında qarşıdakı 4 ildə Azərbaycan manatının dollar və avroya nisbətdə orta illik məzənnəsinin sabit qalacağını bildirib.

2016-cı il dövlət büdcəsi zərfində qeyd olunur ki, qarşıdakı 4 il ərzində 1 dollar 1 manat 5 qəpik, 1 avro 1 manat 13 qəpik civarında qalacaq.

Amma bu proqnozlar Azərbaycandakı iqtisadi prosesləri izləyən bəzi beynəlxalq maliyyə qurumlarının fikirəri ilə heç də üst-üstə düşmür. Məsələn, Asiya İnkişaf Bankı hesab edir ki, Azərbaycanın xarici valyuta ehtiyatlarının azalması və neftin uzuşlaşması manatın növbəti devalvasiyasına səbəb ola bilər.

Bank qeyd edir ki, Azərbaycanın valyuta ehtiyatları bu ilin yanvar-avqust aylarında təxminən 30 faiz azalıb. Bu isə Mərkəzi Bankın devalvasiyadan sonra manatın məzənnəsini sabit saxlamaq cəhdlərinin nəticəsidir. Amma Mərkzi Bankın sədri Elman Rüstəmov narahatlığa əsas görmür:

“Valyuta bazarında sakitlik hökm sürür. Narahatçılıq üçün bugün heç bir əsas yoxdur”.

Uzun illərdir möhkəmliyini saxlayan manat sonuncu dəfə fevral ayında devalvasiyaya uğradı. Həmin vaxt manat dollar və avroya nisbətdə 30 faizdən çox dəyərini itirmişdi.




Teqlər:  





Xəbər lenti