Məzunlər imtahan verdilər

Məzunlər imtahan verdilər
  24 Sentyabr 2015    Oxunub:1862
Dövlət Gömrük Komitəsi (DGK) ali məktəbləri bitirən məzunlar üçün test imtahanı keçirib.

DGK-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əvvəlcə Attestasiya Komissiyasının üzvləri imtahan iştirakçılarını salamlayaraq onlara test üsulunun qaydaları haqda məlumat verib, gənc mütəxəssislərə uğurlar arzulayıblar.

Tam şəffaflıq şəraitində aparılan imtahanda müraciət edən şəxslər öz biliklərini sınayıblar.

Xatırladaq ki, DGK nəzdində Attestasiya Komissiyası üzvlərinin iştirakı ilə aparılan test imtahanlarında daha çox bal toplayan gənclər kadr ehtiyatı siyahısında özlərinə yer alacaqlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti