SOCAR İtaliya şirkəti ilə anlaşdı

SOCAR İtaliya şirkəti ilə anlaşdı
  23 Sentyabr 2015    Oxunub:2054
Bu gün Bakıda SOCAR prezidenti Rövnəq Abdullayev və İtaliyanın “Snam” şirkətinin baş icraçı direktoru Karlo Malakarne arasında görüş keçirilib.

SOCAR-dan “AzVision.az-a verilən məlumata görə, görüşdə Avropaya qaz təchizatının diversifikasiyası və təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə Azərbaycanda və digər istehsalçı ölkələrdə hasil olunan təbii qazın İtaliya infrastrukturları vasitəsilə Avropa bazarlarına nəqli üçün lazım olan qurğuların tikintisi və istismarı sahəsində SOCAR və “Snam” şirkətlərinin təcrübə mübadiləsinin mümkünlüyü müzakirə olunub.

Görüş zamanı Avropaya qaz axınının yeni əsas marşrutu kimi Cənub Qaz Dəhlizinin inkişafı üçün irəli sürülən təşəbbüslərin qiymətləndirilməsi üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu gələcəkdə informasiya mübadiləsi və daha dərindən qiymətləndirmə işlərinin həyata keçirilməsi üçün əsas yaradır.

AzVision.az


Teqlər:  





Xəbər lenti