İlham Əliyev həmkarını təbrik edib

İlham Əliyev həmkarını təbrik edib
  18 Sentyabr 2015    Oxunub:1859
Azərbaycan prezidenti İlham Əliyev Rüstəm Minnixanovu Tatarıstan Respublikasının prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.
AzVision.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli Rüstəm Nurqaliyeviç, Sizi Tatarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasında sıx dostluq telləri və mehriban münasibətlər bundan sonra da möhkəmlənəcək və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında çoxplanlı əməkdaşlığın dinamik inkişafına kömək edəcək. Sizi və Tatarıstanın bütün müsəlmanlarını həm də birlik, xeyirxahlıq və mərhəmət kimi ali mənəvi dəyərlərin təcəssümü olan müqəddəs Qurban Bayramı münasibətilə təbrik edirəm.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tatarıstan xalqına sülh və firavanlıq diləyirəm”.


Teqlər:  





Xəbər lenti