SOCAR payıza hazırlaşır

SOCAR payıza hazırlaşır
  18 Sentyabr 2015    Oxunub:1859
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) payız-qış mövsümü üçün "Azneft" İstehsalat Birliyinin “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına təbii qazın vurulmasını davam etdirir.
AzVision.az SOCAR-a istinadən xəbər verir ki, bu proses mövcud qrafikə uyğun olaraq aprel ayında başlayıb və noyabr ayında başa çatdırılacaq.

İndiyədək anbarlara ümumilikdə 1 466,218 mln. kubmetr qaz vurulub ki, bunun da 680,422 mln. kubmetri “Qaradağ”, 785,796 mln. kubmetri isə “Qalmaz” qaz anbarının payına düşüb. Mövsümün sonuna kimi anbarlara ümumilikdə daha 2 mlrd. kubmetr qazın vurulması proqnozlaşdırılır.


Teqlər:





Xəbər lenti