Gey və lezbiyanlar üçün qocalar evi tikiləcək

Gey və lezbiyanlar üçün qocalar evi tikiləcək
  17 Sentyabr 2015    Oxunub:6010
Böyük Britaniyada yaxın üç ildə LGTB üzvləri üçün ilk qocalar evi açılacaq.
AzVision.az “BuzzFeed” istinadən xəbər verir ki, müəssisədə 150-ə yaxın homoseksual cütlük qala biləcək.

Məlumatda vurğulanır ki, qocalar evi London və ya Braytonda (Şərqi Susseks qraflığı) tikiləcək.

Tikintinin təşəbbüskarı “Tonic Housing” developer şirkətinin rəhbəri Ceyms Qrinşilds bəyan edib ki, Böyük Britaniyada belə bir müəssisə olmadığı üçün bu addımı atmaq qərarı verib: “Yaşlı gey və lezbiyanlara kömək edən təşkilatların olduğu halda onlar üçün qocalar evinin olmaması faktı məni heyrətləndirdi. Bu əsl şok idi”, - deyə Qrinşilds bildirib.

Məlumatda vurğulanır ki, onların orada yaşaması üçün bütün lazımı şərait yaradılacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti