ABŞ-da sunami təhlükəsi elan edildi

ABŞ-da sunami təhlükəsi elan edildi
  17 Sentyabr 2015    Oxunub:3182
Çilidə baş verən güclü zəlzələdən sonra ABŞ-ın Kaliforniya və Havayi ştatlarında sunaminin yaranması təhlükəsi elan edilib.
AzVision.az- “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Hava Xidməti xəbər yayıb.

“Çilidə baş verən güclü zəlzələ sunamilərin yaranması ilə nəticələnib və bununla əlaqədar Havay ştatı və Amerikan Samoası, həmçinin Cənubi Kaliforniya ərazisinin bir hissəsində bu təhlükə ilə bağlı xəbərdarlıq edilib”, - deyə məlumatda bildirilir.

Məlumatda ABŞ ərazisində güclü sunaminin olmayacağı faktı da xüsusi vurğulanır.


Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti