SOCAR Xəzərdə monitorinqə başladı

SOCAR Xəzərdə monitorinqə başladı
  16 Sentyabr 2015    Oxunub:1672
Ekologiya İdarəsi Xəzər dənizinin Azərbaycan sektorundakı SOCAR-a məxsus neft-qaz yataqlarında payız mövsümü ilə əlaqədar ekoloji monitorinqlərə start verib.
AzVision.az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu məqsədlə cari ilin sentyabr ayında Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən “Neft Daşları”, “Palçıq Pilpiləsi”, “8 Mart” və “Səngəçal-Duvvanı-Xərə-Zirə” yataqlarında “MPK-452” gəmisi vasitəsilə ətraf mühitin vəziyyətinin monitorinqi həyata keçirilib.

Monitorinqlər zamanı layihə üzrə seçilmiş hər bir stansiyada Niskin tipli batometr vasitəsilə su nümunələri götürülüb, gəminin laboratoriyasında “Professional Plus” çoxrejimli analitik cihaz vasitəsilə həmin nümunələrdə hidrogen ionlarının qatılığı, oksigenin miqdarı, suyun duzluluğu, elektrik keçiriciliyi və temperaturu təyin olunub.

Bundan başqa, bioloji tədqiqatlar üçün dəniz dibindən çöküntülər və bentos nümunələri, eləcə də dəniz suyundan fitoplankton və zooplankton nümunələri götürülüb, qablaşdırılıb və Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib. Monitorinq zamanı stansiyalarda dəniz axınlarının sürət və istiqaməti müasir tipli “3D-ACM-7000” cihazı ilə ölçülüb.

Hazırda ekoloji monitorinq işləri digər dəniz yataqlarında da davam etdirilir.


Teqlər:





Xəbər lenti