Daha 2 rayonun cəbhəçiləri yeni AXCP-yə keçdi

Daha 2 rayonun cəbhəçiləri yeni AXCP-yə keçdi
  15 Sentyabr 2015    Oxunub:2848
AXCP Zərdab rayon şöbəsinin konfransı keçirilib.
AzVision.az xəbər verir ki, konfransda iştirak edənlər Əli Kərimlinin sədrliyi illərində partiyada diktatura rejimi yaradıldığını, azad, fərqli fikirlərə qarşı ləkələmə, şantaj, təhqir siiyasətinin yürüdüldüyünü və bu səbəblərdən də partiyanın xalq arasında əvvəlki nüfuzunu itirdiyini bildiriblər.

Daha sonra Qasımov Nizami şöbə sədri, Məmmədov Samiq ali məclis üzvü, Quluyev yaşar, Surxayoğlu Əlizamin, Yedyarov Şəhriyar NTK üzvü, Quluyev Yaşar, Abbasov Nazir, Surxayoğlu Əlizamin, Qasımov Xətai qurultay nümayəndəsi seçiliblər.

AXCP-nin Xocavənd rayon şöbəsinin də konfransı keçirilib. Konfransda partiyanın bərpası və fəaliyyət istiqmətləri, təşkilati məsələlər müzakirə olunub.

Tədbirdə AXCP-də baş verənlər, Əli Kərimlinin partiya daxilində apardığı yarıtmaz siyasət kəskin tənqid olunub. Qeyd edilib ki, Əli Kərimlinin sədrliyi uçuruma doğru aparır. Həyatını bu təşkilatın inkişafına, qorunub saxlanmasına sərf edənlərə qarşı təzyiqlər göstərilir, böhtanlar atılır. Bunların arxasnda da birbaşa Əli Kərimli və onun yaxın ətrafı dayanır.

Xocavənd cəbhəçiləri məhz bu səbəbdən də Razi Nurullayevin rəhbərliyi ilə yaradılan AXCP Etimad Qurultayı Təşkilat Komitəsini dəstəkləyir və bundan sonrakı fəaliyyətlərini bu istiqamətdə aparacaqlarını bildiriblər.

Sonra Əliyev Coşqun sədr, Abdullayev Vüsal ali məclis üzvü, Məhəmmədov Ramin, Quluyev Cahangir, Əliyev Vəliqulu NTK üzvləri, Abdullayev Vüsal, Əliyev Ceyhun, Mürsəlzadə Təmkin, Cabbarov Eyvaz isə qurultay nümayəndəsi seçiliblər.


Teqlər:





Xəbər lenti